BAKI, 29 yanvar — Sputnik. Braziliyanın şərqində bəndin uçması nəticəsində ölənlərin sayı 60-ə çatıb. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 292 nəfərin də itkin düşdüyü bildirilir.
Braziliyanın cənub-şərqində yerləşən Minas-Jerays ştatında metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bənd cümə günü uçub.
Hadisə yerində xilasetmə işləri davam etdirilir. İnsident nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.