Qonşuda təhsil islahatı: Buraxılış imtahanları ləğv olunur, qəbul qaydaları dəyişir

© pixabay / vlovelandАкадемическая шапочка
Академическая шапочка - Sputnik Azərbaycan
Abunə olmaq
Buraxılış imtahanları bu il 12-ci sinif şagirdləri üçün qüvvədə qalacaq.

BAKI, 28 yanvar — Sputnik. Gürcüstanın ictimai məktəblərində buraxılış imtahanları 2020-ci ildən etibarən ləğv olunacaq.

Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Ali təhsil haqqında” qanun layihəsi hazırlanır

Sputn ik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu, Gürcüstanın təhsil sisteminin yeni modelində nəzərdə tutulub.

Modelə əsasən, yeniliklər 2020-ci ildə həyata keçiriləcək. Həmin vaxta qədər isə 2019-cu ildə 11-ci sinif şagirdləri buraxılış imtahanları verməyəcəklər.

Lakin buraxılış imtahanları bu il 12-ci sinif şagirdləri üçün qüvvədə qalacaq.

Digər yeniliyə əsasən, 2020-ci ildən başlayaraq ali məktəblər hər bir proqram üzrə baryeri özləri müəyyən edəcəklər. Həmin ildən etibarən milli imtahanlar 4 fənnin əvəzinə 3 fənn üzrə keçiriləcək. Gürcü dili və ədəbiyyatı, xarici dil üzrə imtahanlar bütün abituriyentlər üçün məcburi olacaq.

Üçüncü məcburi fənn isə ali təhsil müəssisəsinin proqramına əsasən müəyyən olunacaq. Texniki istiqamət üzrə abituriyentlər riyaziyyat, humanitar istiqamət üzrə isə tarix fənnindən imtahan verməli olacaqlar.

Xəbər lenti
0