BAKI, 28 yanvar — Sputnik. Dünya bazarında neftin qiyməti aşağı düşüb. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, ABŞ-da neft təchizatının artması ilə əlaqədar olaraq dünya bazarında "Brent" və "Qərbi Texas" markalı neftin qiymətində 1 faizədək enmə müşahidə edilib.
Hazırda bir barel ABŞ neftinin qiyməti 53.13 dollar,"Brent" markalı neftin bir barelinin qiyməti isə 61.03 dollar təşkil edir.
Bu il üçün gözlənilən proqnozlara görə ABŞ-da neftin istehsalında yenidən artım olacaq. Dünyanın ikinci ən böyük neft istehsalçısı olan Çində isə iqtisadi enişin müşahidə olunacağı proqnozlaşdırılıb.