BAKI, 28 yanvar — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də Rusiya tərəfinin Venesuela prezidenti Nikolas Maduronu mühafizə ilə təmin etməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Kreml rəsmisi bildirib ki, "Rossiya" xüsusi uçuş dəstəsinə məxsus təyyarənin Cənubi Amerikaya getməsinə dair məlumata malik deyil: "Biz aviasiyada dispetçer funksiyasını yerinə yetirmirik".
Peskov, həmçinin Kremlin özünün müvəqqəti prezident elan edən Venesuela müxalifətinin lideri Xuan Quaydo ilə əlaqələr qurmağına dair məlumatı təkzib edib.
Xatırladaq ki, noyabrın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.