BAKI, 28 yanvar — Sputnik. İndoneziyada yağan şiddətli yağışların nəticəsində ölkənin Cənubi Sulaşesi əyalətində ölənlərin sayı 86 nəfərə çatıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar nəticəsində minlərlə insan evsiz qalıb.
Yollar bağlandığı üçün əhaliyə yardım helikopter vasitəsi ilə göndərilir.
İndoneziyanın vitse-prezidenti Yusuf Kalla açıqlamasında deyib ki, hadisə zamanı ölənlərin ailələrinə adambaşı 15 milyon rupi (66 dollar) təzminat veriləcək.