BAKI, 28 yanvar — Sputnik. Braziliya prezidenti Jail Bolsonaru əməliyyat olunacaq. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, prezident "Twitter" hesabından bu gün əməliyyat olunacağı haqda məlumat paylaşıb.
Belə ki, ötən ilin sentyabrında prezident seçkiləri öncəsi, seçiciləri ilə görüş zamanı qarın nahiyəsindən bıçaqlandığı üçün bağırsağı zədələnən Bolsonarunun səhhəti getdikcə ağırlaşdığı üçün o, yenidən xəstəxanaya yatırlıb.
Əməliyyatın 3 saat davam edəcəyi, prezidentin isə 10 gün ərzində xəstəxanada qalacağı bildirilir. 48 saat ərzində prezidentin səlahiyyətlərini vitse-prezident Hamilton Maurao icra edəcək.
Xatırladaq ki, Jair Bolsonaru ötən ilin oktyabrında keçirilən prezidnet seçkilərində qalib gəlib.