Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda hakim məhkəmədə qandallandı

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə iclas zalında həbs edilib

BAKI, 28 yanvar — Sputnik. Nəsimi Rayon Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Xətai rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim çəkici, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda 100-dən çox hakim sistemdən qovulub

Sputnik Azərbaycan-ın xəbərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Sonra prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsini haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə iclas zalında həbs edilib.

Qeyd edək ki, T.Zeynalova qarşı zərərçəkmiş şəxs Asif Bağırovun şikayəti əsasında iş başlanılıb. O, zərərçəkmişin 20 min manat məbləğində pulunu ələ keçirməkdə ittiham edilir.

Xəbər lenti
0