ABŞ hərbçiləri İŞİD-in səhra komandirlərini həbsxanadan qaçırdılar

© REUTERS / Mohammad IsmailƏfqanıstanın paytaxtı Kabildəki Daxili İşlər Nazirliyi hücumdan sonra
Əfqanıstanın paytaxtı Kabildəki Daxili İşlər Nazirliyi hücumdan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD-in onlarla başçısı “Taliban”ın həbsxanasından qaçırılıb

BAKI, 27 yanvar - Sputnik. İŞİD terror qruplaşmasının azı 40 başçısı taliblərin Əfqanıstanın şimal-qərbində yerləşən həbsxanasından qaçıb.

AZƏRTAC xəbər verir ki, terrorçular həbsxanadan ABŞ hərbçilərinin keçirdiyi məxfi əməliyyat nəticəsində qaça biliblər.

Hadisə iki həftə əvvəl Əfqanıstanın Badqis vilayətində baş verib. Amerika qoşunu həbsxanaya basqın edərək onun bütün mühafizəçilərini öldürüb. Bundan sonra İŞİD terrorçularının əcnəbilərdən ibarət 40 başçısı helikopterlərlə daşınıb.

Badqis vilayət şurası başçısının müavini Abdulla Əfzəlinin informasiyanı təsdiqlədiyi bildirilir.

Xəbər lenti
0