BAKI, 27 yanvar - Sputnik. Ankara şəhərinin Çayırhan məhəlləsi yaxınlığında 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, mikroavtobusun sürücüsü nasazlıq səbəbindən idarəetməni itirib. Nəticədə mikroavtobus yol kənarındakı ağır texnikaya çırpılıb. Hadisə nəticəsində 6 nəfər həlak olub.