Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünyanın hər yerində Nəsimi ilə bağlı tədbirlər keçiriləcək

Abunə olmaq
TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov deyir ki, 2019-cu ildə görüləcək işlər hamı tərəfindən sevgi ilə qarşılanacaq
Düsen Kaseinov: “Dünyanın hər yerində Nəsimi ilə bağlı tədbirlər təşkil olunacaq”

TÜRKSOY böyük Azərbaycan şairi Nəsiminin irsinin təbliği ilə bağlı silsilə təbdirlərə start verəcək. Bu barədə üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasında qərar qəbul olunub.

TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov qeyd edib ki, Qırğızıstanın Oş şəhərinin “2019-cu ildə türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi, eləcə də iclasın qərarı ilə 2019-cu il, anadan olmasının 650-ci ildönümü şərəfinə böyük Azərbaycan şairi İmadəddin Nəsimi və 125-ci ildönümü münasibətilə Türkiyənin görkəmli el sənətkarı Aşıq Veysəl ili elan olunması türk tarixinin, mədəniyyətinin və ədəbiyyatının dünyaya tanıdılması, eləcə də gənc nəsillərimizə ötürülməsi istiqamətində mühüm bir addımdır.

Baş katib diqqətə çatdırıb ki, bu il dünyanın hər yerində Nəsimi ilə bağlı tədbirlər təşkil olunacaq.

Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Düsen Kaseinovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0