CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeronda avtomobil oğurlayan şəxs "isti izlər"lə saxlanılıb

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır

BAKI, 27 yanvar - Sputnik. Abşeron rayonu ərazisində avtomobil oğurlayan şəxs "isti izlər"lə saxlanılıb.

“Report”un xəbərinə görə, Abşeron Rayon Polis İdarəsinə (RPİ) bu barədə məlumat daxil olan kimi, dərhal əməliyyat-istintaq qrupu yaradılıb.

Məsələ ilə bağlı şəhər təhlükəsizlik kamerasına baxış keçirilib və əməliyyat axtarış tədbirləri zamanı, hadisəni törədənin Elvin Cəbrayılov olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib. E.Cəbrayılov avtomobili qaçırarkən içkili olduğunu bildirib.

O, izi itirmək məqsədi ilə avtomobilin dövlət qeydiyyat nişanını çıxardaraq atıb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0