Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Meksikada partlayış zamanı ölənlərin sayı artır

© AP Photo / Claudio CruzMeksikanın İdalqo ştatında boru xəttinin partladığı yer, arxiv şəkli
Meksikanın İdalqo ştatında boru xəttinin partladığı yer, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Federal hakimiyyətin məlumatına görə, bu faciə onların ölkədə yanacağın oğurlanması ilə bağlı mübarizəsinə təsir etməyəcək

BAKI, 26 yanvar — Sputnik. Yanvarın 18-də Meksikada İdalqo ştatında baş vermiş boru xəttinin partlayışının qurbanlarının sayı artır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, cümə günü axşam məlumatına görə, ölənlərin sayı 114 nəfər olub.

"68 nəfər partlayış zamanı, 46 nəfər isə xəstəxanada ölüb", - hakimiyyətin açıqlamasında bildirilir.

30 nəfər isə stasionar şəkildə tibbi yardım almağa davam edir.

Qeyd edək ki, partlayış və yanğın Tlauelilpan rayonunda boru xəttinə qanunsuz şəkildə müdaxilə zamanı baş verib. Həmin vaxt ərazidə çox sayda adam olub. Federal hakimiyyətin məlumatına görə, bu faciə onların ölkədə yanacağın oğurlanması ilə bağlı mübarizəsinə təsir etməyəcək.

Xəbər lenti
0