Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Donuz qripindən daha bir nəfər öldü

© Sputnik / Varvara Gerte / Mediabanka keçidXəstə sistem altında, arxiv şəkli
Xəstə sistem altında, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi məlumatlara görə, Gürcüstanda donuz qripi virusu ilə bu günə qədər 19 nəfər dünyasını dəyişib

BAKI, 26 yanvar — Sputnik. Gürcüstanda H1N1 virusundan - donuz qripindən ilə daha bir nəfər ölüb. Sputnik Gürcüstan xəbər verir ki, orta yaşlı qadın Zuqdidinin Referans xəstəxanasında donuz qripinin fəsadı nəticəsində dünyasını dəyişib.

Qadın xəstəxanada 15 gün mülaicə alıb. Onu ağciyərlərin ağır şəkildə soyuqdəyməsi diaqnozu ilə xəstəxanaya gətiriblər. Ölüm səbəblərindən biri kimi həkimə gec müraciət etmək göstərilir.

Həkimlər ağciyərlər üçün süni ventilyasiyaya müraciət etsə də bunun heç bir köməyi olmayıb.

Rəsmi məlumatlara görə, Gürcüstanda donuz qripi virusu ilə bu günə qədər 19 nəfər dünyasını dəyişib.

Gürcüstan Səhiyyə Nazirliyi iddia edir ki, ölkədə epidemiya yoxdur və virusun təsiri zəifləməyə başlayıb.

Xəbər lenti
0