Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Antalyada dəhşətli külək davam edir, avtobus havada uçdu

© Sputnik / Maks Vetrov / Mediabanka keçidKülək, arxiv şəkli
Külək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fırtına təyyarələrdən birinin yanındakı, içərisində sərnişinlər olan avtobusu çevirib

BAKI, 26 yanvar — Sputnik. Antalyada günlərdir davam edən şiddətli yağış, qüvvətli fırtına və qasırğa səbəbilə çətin anlar yaşanır. 

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kumluca rayonunda meydana gələn fırtına yaşayış məntəqlərinə və istixanalara zərər verib. 

Fırtına səbəbilə Konyaaltı sahilində nəhəng dalğalar yaranıb. Kəmərdə fırtına zamanı avtomobillə dərəyə düşən Busə Acarın axtarışları davam etdirilir.
Antalya valisi Münir Karaloğlu araşdırma üçün Antalya Hava limanına gedib. Hava limanında fırtına səbəbi ilə uçuşlara 1-1,5 saat fasilə verilib.
“Hava limanından gələn ilk məlumata görə, 12 yaralı var. OnurAir-ə aid bir təyyarəyə zərər dəyib. Polis helikopterinə da zərər dəyib. Aksu rayonunda vətəndaşlara zərər dəyib. O ərazilərdə dəyən zərərlərin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb. Vətəndaşlardan xahiş edirik ki, məcbur qalmadıqca evdən çıxmasınlar. Son 4 gündə 5 fırtına yaşadıq. Daha diqqətli olmalıyıq” - deyə o bildirib.
Fırtına təyyarələrdən birinin yanındakı, içərisində sərnişinlər olan avtobusu çevirib. Nəticədə 12 nəfər yaralanıb. Son məlumatlara görə, küləyin sürəti 103 km\s-dır.

Antalyanın şərq rayonlarında qar yağıb. Bu gün saat 06.00 başlayan yağış sabah səhər saatlarına qədər davam edəcək.

Xəbər lenti
0