BAKI, 26 yanvar — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan Moskvada Rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşüb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, tərəflər ticari-iqtisadi əməkdaşlığa dair bir sıra aktual məsələləri, həmçinin qarşılıqlı münasibətlərin digər aspektlərini müzakirə edib.
Bildirilir ki, görüş Ermənistan tərəfinin xahişi ilə baş tutub.
Qeyd edək ki, Rusiya Ermənistan iqtisadiyyatına ən çox yatırım edən ölkədir. 1991-ci ildən bəri Rusiya Ermənistan iqtisadiyyatına təxminən 6,1 milyard dollar yatırıb.