CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bir qrup şəxsin yürüş keçirməyə cəhd etməsi ilə bağlı rəsmi məlumat yayıldı

© Sputnik / Murad OrujovАвтомобили патрульно-постовой службы в Баку
Автомобили патрульно-постовой службы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib

BAKI, 26 yanvar - Sputnik. Yanvarın 26-da, saat 15.30 radələrində 50-60 nəfərdən ibarət bir qrup şəxs “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində toplaşıb küçə yürüşü keçirməyə cəhd edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında deyilir.

Bildirilir ki, bu zaman həmin şəxslər ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər.

"Operativ həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan qanunsuz küçə yürüşünün qarşısı alınıb. Aksiyanın 15 iştirakçısı saxlanılıb Yasamal rayon polis idarəsinə gətirilib, digərləri ərazidən uzaqlaşdırılıb.

Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb", - deyə məlumatda qeyd olunur.

Xəbər lenti
0