"Transparency International": Sarqsyan rejimi ölkədən 10 milyard dollar çıxarıb

CC BY 2.0 / Nathan11466 / I want currancyСтодолларовые купюры, украшения и бриллианты
Стодолларовые купюры, украшения и бриллианты - Sputnik Azərbaycan
Abunə olmaq
"Hüquq-mühafizə orqanları və məhkəmələrin işində şəffaflığa nail olmaq lazımdır"

BAKI, 25 yanvar — Sputnik. Ermənistanda əvvəlki hökumətin vaxtında 9 il ərzində ölkədən 10 milyard dollar dəyərində aktivlər çıxarılıb. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bu barədə "Transparency International" təşkilatının anti-korrupsiya məsələləri üzrə eksperti Xaçik Arutyunyan açıqlama verib.

Ermənistanın baş naziri Serj Sarqsyan - Sputnik Azərbaycan
QARABAĞ
Sarqsyanın partiyasında təlaş: Paşinyan Əliyevlə deyil, bizimlə məsləhətləşməlidir

Onun sözlərinə görə, aktivlər 2004-2013-cü illərdə çıxarılıb və bununla effektiv mübarizə üçün, həmçinin ölkədən çıxarılan resursların geri qaytarılması üçün struktur islahatları keçirilməli və yalnız korrupsiya işləri ilə məşğul olmalı olan ixtisaslaşmış istintaq orqanı yaradılmalıdır.

"Hüquq-mühafizə orqanları və məhkəmələrin işində şəffaflığa nail olmaq lazımdır. İctimaiyyət və hökumət real göstəriciləri nəzərə almaqla bu və ya digər orqanın necə işləməsi barədə təsəvvürü olmalıdır" - deyə Arutyunyan bildirib.

Xəbər lenti
0