CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki qolu olmayan idmançımızın evini alt-üst etdilər

© Sputnik / Anar MustafayevAçılmış qapı, arxiv şəkli
Açılmış qapı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Hüseynov: “Bir də anamın üzüyü var idi, onu aparıblar”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Taekvando üzrə paralimpiya milli komandasının üzvü Anar Hüseynovun evini qarət ediblər. Bu barədə Sputnik Azərbaycan-a Anar Hüseynov özü xəbər verib.

Onun sözlərinə görə, hadisə səhər saatlarında baş verib: “Hadisə yaşadığım Suraxanı rayon Zığ qəsəbəsinin Hatəm Allahverdiyev küçəsində baş verib. Dünən səhər biz evdə olmayanda oğrular mansardın plastik qapısını qıraraq içəri daxil olublar, evi dağıdıblar. Şkaflarda olan paltarlara kimi yerə töküblər. Görünür pul və qızıl axtarıblar. Hətta mətbəxdə oturub siqaret də çəkməyə vaxtları olub. Evdən isə bir mənim bəxt üzüyümü aparıblar. Qolum olmadığı üçün üzüyü taxmırdım deyə, evdə qalırdı. Axı bəxt üzüyüm idi. Bir də anamın üzüyü var idi, onu aparıblar”.

Hadisə yerinə polis əməkdaşları çağırılıb. Qarət işi ilə bağlı əməliyyatı tədbirləri aparılır.

Xəbər lenti
0