İlhamə Qədimova: “Aqrar Xidmətlər Agentliyinin xidmətləri təkmilləşəcək”
“Dövlət Aqrar İnkişaf Mərkəzləri aqrar sahədə göstərilən bütün xidmətlərin təkmil formada və daimlər vasitəsilə həyata keçirilməsini təmin edəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova jurnalistlərə müsahibəsində deyib.
“Növbəti illərdə Aqrar Xidmətlər Agentliyinin və onun yerlərdə göstərilən xidmətlərinin hansı formada təkmilləşəcəyini, bu xidmətlərin istər elektron, istərsə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarına bilavasitə yerində, daha innovativ üsullarla həyata keçirilməsinin şahidi olacağıq” - deyə nazir müavini bildirib.
Nazir müavinin fikrilrəinə audiofaylda qulaq asa bilərsiniz