Daha öncələr Səbuhi Həsənov kimi tanınan ifaçı artıq Sabuhassan kimi yenidən kəşf olunub.
Klipin təqdimatı zamanı layihənin meneceri, gənc prodüser Ərtoğrul Kamalov gənc ulduzların populyarlıq qazanmaq üçün hansı qalmaqal “tryuklarına” əl atdıqlarından da danışıb. O, bildirib ki, istedadı və səsi sevilmək üçün yetərli olmadığından, ulduz olmaq eşqində olan bəzi yeni ifaçılar təqdimat mərasimlərinə onları pisləyəcək şəxsləri dəvət edirlər. Beləliklə də, qalmaqal yaradıb gündəmə gəlmək istəyirlər.
Qeyd edək ki, mahnının sözləri Leyla Mətin, bəstəsi isə Fəraim Sadiqə aiddir.