BAKI, 24 yanvar — Sputnik. Rəsmi Dəməşq İsrailinin Suriyaya zərbələrinə simmetrik cavab verəcəyini bildirib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Suriya Ərəb Respublikasının BMT-dəki daimi nümayəndəsi Bəşər əl- Cəfəri bildirib.
"Ya Təhülkəsizlik Şurasının qərarla qəbul etmək vaxtı çatıb, ya da Suriya öz qanuni müdafiə haqqından istifadə etməli və İsrailin Dəməşq beynəlxalq hava limanına zərbələrinə simmetrik olaraq Təl-Əviv hava limanına zərbələr endirməklə bu Şurada müharibə yaradan şəxslərin diqqətini cəlb etməlidir", - deyə əl-Cəfəri qeyd edib.
Xatırladaq ki, İsrail bazar ertəsinə keçən gecə Suriyanın paytaxtı Dəməşqə yerdən və havadan idarə olunan raketlərlə kütləvi zərbələr endirib.
Suriyanın raket hücumundan müdafiə sistemləri raketlərin böyük hissəsini havada vurub.
İsrail ordusu öz növbəsində İranın Suriyadakı "Əl-Qüds" bölməsinə hücum etdiklərini bəyan edib. Avirzərbələrin 02:11-02:56 radələrində Suriyanın qərb, cənub-qərb və cənub ərazisindən endirdiyi bildirilir.
Aviazərbələr nəticəsində 4 Suriya hərbçisi həlak olub, 6-sı yaralanıb.