BAKI, 24 yanvar — Sputnik. "Mosqortrans" dövlət unitar müəssisəsi 2019-cu ildə Moskvadan Bakıya avtobus reysi açmaq niyyətindədir. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
"Avtostansiya sərnişinləri üçün marşrut coğrafiyası daima genişlənir. 2019-cu ildə Bakıya reyslərin işə düşməsi planlaşdırılır" - deyə məlumatda bildirilir.
Azərbaycana avtobus reysinin konkret işə düşmə vaxtı açıqlanmır.
"Mosqortrans" dövlət unitar müəssisəsi mərkəzi Moskvada olan və yerüstü şəhər sərnişin transportu üzrə Avropanın ən böyük operatorudur.