CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Marketlərdə yaşanan böhranın səbəbi bəlli oldu

CC BY 2.0 / Aqua Mechanical / Baking sodaПищевая сода, фото из архива
Пищевая сода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bir neçə günə yanvar ayı üçün nəzərdə tutulan məhsullarımız Azərbaycana yollanacaq"

BAKI, 24 yanvar — Sputnik. Dünən məlumat verdiyimiz kimi, artıq bir neçə gündür, mağazalarda çay sodası tapmaq mümkün deyil. Satıcılar, marketlərin rəhbərləri çay sodasının gətirilməməsinin səbəbləri barədə xəbərsiz olduqlarını deyirlər. 

Пищевая сода - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dükan-bazarda və camaat arasında müəmma dolaşır

Məsələyə aydınlıq gətirmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı ölkəmizə soda gətirilməsini həyata keçirən şirkətlərdən biri - "Tural İ-91" şirkəti ilə əlaqə saxlayıb. Şirkətin direktoru İslam Babaşxanoğlu çay sodasının mağazalarda tapılmamasının səbəblərinə aydınlıq gətirib.

"Keçmiş SSRİ-yə daxil olan bütün dövlətləri çay sodası ilə təmin edən Rusiyanın Başqırdıstan Kimyəvi İstehsal Zavodudur. Bir müddətdir o zavodda təmir işləri gedir. Məhz bu səbəbdən müəyyən problemlər yaranıb" - deyə şirkət rəhbəri bildirib.

"Təmirlə əlaqədar olaraq biz ötən il bu məhsulu fasilələrlə almışıq. Artıq təmir yekunlaşmaq üzrədir. Bir neçə günə yanvar ayı üçün nəzərdə tutulan məhsullarımız Azərbaycana yollanacaq. Yəqin ki, növbəti aydan bu problem həllini tapacaq" – deyə İ.Babaşxanoğlu əlavə edib.

Xəbər lenti
0