Paşinyan üçün SOS: Ermənistanda "sarı jiletlilər" hərəkatı başlayır

© Sputnik / Aram NersesyanШествие оппозиции во главе с Николом Пашиняном по улице Григора Лусаворича (2 мая 2018). Ереван
Шествие оппозиции во главе с Николом Пашиняном по улице Григора Лусаворича (2 мая 2018). Ереван - Sputnik Azərbaycan
Abunə olmaq
Hərəkat üzvləri müxtəlif ictimai xadimlərlə görüşür və onlara əməkdaşlıq təklif edirlər

BAKI, 24 yanvar — Sputnik. Ermənistanda da Fransada olduğu kimi, hökumət əleyhinə "sarı jiletlilər" hərəkatı başlaya bilər. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak" nəşri yazır. 

В Париже полиция применила слезоточивый газ  - Sputnik Azərbaycan
"Sarı jiletlilər"in keçirdiyi aksiyada 200 nəfər həbs edilib

"Fransada olan hərəkatdakı kimi, Ermənistanda da "sarı jiletlilər" təhsil, səhiyyə, ölkədə ədalət atmosferinin yaradılması kimi sosial problemləri qaldıracaqlar. Hazırda hazırlıq işləri aparılır. Hərəkat üzvləri müxtəlif ictimai xadimlərlə görüşür və onlara əməkdaşlıq təklif edirlər. Lakin hərəkatın rəhbərinin kim olacağı hələlik açıqlanmır" - deyə məqalədə bildirilir.

Xatırladaq ki, ötən ilin noyabrın 17-də "sarı jiletlilər" Fransada avtomobil yanacağının qiymətinin bahalaşacağına qarşı etiraz aksiyası keçirməyə başlayıblar. Daha sonra isə ölkənin müxtəlif yerlərindən bu aksiyalara dəstək olaraq 50 minə yaxın şəxs küçələrə axışaraq ölkədəki sosial problemlərin həllini tələb etmişdi.

Makron isə geri addım atsa da, onun bu vədi də etirazçıları sakitləşdirməmişdi. Nümayişlər bir sıra hallarda polislə toqquşmalar və iğtişaşlarla müşayiət olunur.

Təkcə ötən həftəsonu "sarı jiletlilər"in sonuncu etiraz aksiyası zamanı Parisdə 12 nəfər saxlanılıb.

Xəbər lenti
0