SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan rəsmi şəkildə Gürcüstana etiraz etdi

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin binası
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstandakı səfirimizə xüsusi tapşırıq verilib

BAKI, 24 yanvar — Sputnik. Bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki Azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büstün qoyulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycan XİN-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Qeyd olunub ki, məsələ Xarici İşlər Nazirliyinin nəzarətindədir.

Xəbər lenti
0