BAKI, 24 yanvar - Sputnik. Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri Yanq Sunq-te səlahiyyətlərindən sui istifadədə, məhkəmə proseslərinə təsir etməklə əvvəlki hökumətə lobbiçilik fəaliyyəti göstərməkdə təqsirli bilinərək həbs olunub.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Seul mərkəzi rayon məhkəməsinin sabiq sədrin həbsi üçün qərarı elan etməsindən dərhal sonra o, paytaxtdakı təcridxanaya gətirilib. Uzun illər məhkəmə-hüquq sistemindən çalışmış 71 yaşlı sabiq sədr 40-a yaxın cinayət işində şübhəli bilinir.
Bildirilir ki, 2011-2017-ci illərdə Ali Məhkəməyə rəhbərlik etmiş Yanq-Sunq-te impiçment yolu ilə ölkə prezidenti vəzifəsindən uzaqlaşdırılan və sonradan azadlıqdan məhrum edilən Pak Kın-he hökumətinin bir çox qanunsuz fəaliyyətinə dəstək verib.