Konqresmenlərdən Trampa sərt qadağa

© REUTERS / Kevin LamarqueПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Sənədin lehinə 357 konqresmen səs verib

BAKI, 23 yanvar — Sputnik. Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatası NATO-nu dəstəkləyən qanun layihəsi qəbul edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, qanun layihəsi ABŞ prezidenti Donald Trampa NATO-dan çıxmaq ehtimalını belə, qadağa edir.

Sənədin lehinə 357 konqresmen səs verib. Lakin qanun layihəsinin qəbul olunması üçün o, Konqresin hər iki palatasından keçməli və sonra prezident tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, daha əvvəl KİV Donald Trampın NATO-dan çıxmaq ideyasına qayıda biləcəyini bildirmişdi.

Xəbər lenti
0