CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ticarət mərkəzində gecələyən qadın sığınacağa göndərildi

CC0 / Sabine van Erp / WomanÇay stəkanı tutmuş qoca qadın əli
Çay stəkanı tutmuş qoca qadın əli - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan sonra Z.Abasova həmişəlik dövlətin himayəsi altında yaşayacaq

BAKI, 23 yanvar — Sputnik. 1952-ci il təvəllüdlü Abasova Zivər Teymur qızının daimi yaşayış yeri olmadığı üçün paytaxtdakı ticarət mərkəzlərindən birində gecələdiyi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib. O qeyd edib ki, nazirliyə daxil olan məlumatla əlaqədar müvafiq tədbir görülüb.

Dünən axşam saatlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Z.Abasovanı gecələdiyi yerdən götürərək Sosial Sığınacağa gətiriblər. O, burada geyim, qida və sosial-məişət xidmətləri ilə tam təmin olunur. Bundan sonra Z.Abasova həmişəlik dövlətin himayəsi altında yaşayacaq.

Xəbər lenti
0