BAKI, 23 yanvar — Sputnik. Türkiyənin sevilən aktrisası Ayşən Qruda dünyasını dəyişib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Hababam Sinifi" kimi bir sıra film, serial və tamaşalarda rol alan teatr aktrisası Ayşən Qruda 74 yaşında vəfat edib. Bu gün dünyasını dəyişən akrisa il yarımdan artıq idi ki, xəstəliyi ilə əlaqədar olaraq müalicə alırdı.
Qeyd edək ki, tanınmış aktrisa mədəaltı vəzin xərçəngindən əziyyət çəkirdi.