Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya daxilindəki "gizli bombalara" qarşı nəhəng əməliyyat

© Sputnik / Mediabanka keçidСотрудники ФСБ РФ
Сотрудники ФСБ РФ  - Sputnik Azərbaycan
Abunə olmaq
Federal Təhlükəsizlik Xidməti bu əməliyyatları Rusiya Daxili İşlər Nazirliyi və Rosqvardiya ilə birgə həyata keçirib

BAKI, 23 yanvar — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin 32 regionunda döyüş sursatlarının hazırlanması və satışı ilə bağlılığı olan 86 nəfəri saxlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Самолет авиакомпании Аэрофлот - Sputnik Azərbaycan
Rusiyada silahlı şəxs təyyarəni qaçırtmağa cəhd etdi

Federal Təhlükəsizlik Xidməti bu əməliyyatları Rusiya Daxili İşlər Nazirliyi (DİN) və Rosqvardiya ilə birgə həyata keçirib.

Qeyd olunur ki, qanunsuz dövriyyədən 197 ədəd (18 avtomat, 126 tapança və revolver, 16, 16 avtomatik silah, 38 karabin və tüfəng) yerli və xarici istehsal olan odlu silah, reaktiv od atan, iki tank əleyhinə minaatan, 11 əl qumbarası, 33 kiloqram partlayıcı maddə, 88 elektrik detonatoru, 300-ə yaxın əsas silah hissələri, 10 mindən çox müxtəlif kalibrli güllə çıxarılıb.

Bundan əlavə, əməliyyatlar zamanı silahların modernləşdirilməsi və güllələrin istehsalı ilə məşğul olan 9 gizli emalatxananın fəaliyyəti dayandırılıb.

Xəbər lenti
0