BAKI, 22 yanvar — Sputnik. Surqutdan Moskvaya uçan "SU1515" reysini həyata keçirən təyyarə Xantı-Mansiyskidə eniş edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"yə "Aeroflot" şirkətindən bildirilib.
Məlumata əsasən ştatdankənar enişə səbəb sərnişinlərdən birinin tələbi olub.
"Ştatdankənar enişə səbəb olan sərnişinin adı Paveldir. Onun 41 yaşı var" - deyə mənbə agentliyə bildirib. Onun sözlərinə görə, təyyarə Surqutdan havaya qalxarkən o 14A yerində əyləşib.
Həmin şəxs marşrutu dəyişməyi tələb edib. Lakin ekipaj üzvləri onu əlavə yanacaq üçün Xantı-Mansiyskdə enməli olduqlarına inandıra bilib.
Öz növbəsində "REN TV" məlumat yayıb ki, sərnişin silahlıdır və o təyyarənin marşrutunun dəyişdirilərək Əfqanıstana uçmasını istəyir. Telekanalın məlumatına görə təyyarənin göyərtəsində 69 sərnişin, və 7 ekipaj üzvü var.
Təyyarə Xantı-Mansiyskidə enən kimi güc strukturlarının əməkdaşları “terroçunu” həbs ediblər. Şahidlər bildirir ki, o, hava limanı binasına aparılıb.
Hazırda sərnişinlər yoxlanılır. Təyyarəyə baxış keçiriləndən sonra Moskvaya yola salınacaq.