BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda "VTB-Bank"ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.
Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə "VTB-Bank" ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.
Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.