Dünyada yeni küləklər əsir – Pompeo dəyişikliklərin proqnozunu verdi

© AP Photo / Carolyn KasterABŞ-ın dövlət katibi Mayk Pompeo
ABŞ-ın dövlət katibi Mayk Pompeo - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən bunu pozitiv hadisə adlandırardım"

BAKI, 23 yanvar — Sputnik. ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ prezidentinin milli suverenliyi qorumaq üçün "güclü sərhədlər" çağırışlarını təkrarlayıb.

"Bütün dünyada yeni küləklər əsir. Mən bunu pozitiv hadisə adlandırardım", - deyə Ümumdünya İqtisadi Forumunda videogörüntü vasitəsilə çıxış edən Pompeo bildirib.

Dövlət katibi qeyd edib ki, son illər seçicilər onların fikrincə, maraqlarını ifadə etməyən siyasətçilər və onların alyansını rədd edib. Nümunə kimi o Trampın prezident seçilməsini, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendumu, İtaliyada seçkilərdə "Beş Ulduz" hərəkatının qalib gəlməsini, həmçinin Brazilyadakı seçkilərdə radikalırı sağçı Jair Bolsonaronun qalib gəlməsini göstərib.

Pompeo dünyada yeni istiqamətlərə nümunə kimi korrupsiya ittihamından sonra Malayziya baş naziri Mahathir Məhəmmədin baş nazir seçilməsini göstərib.

Xəbər lenti
0