BAKI, 23 yanvar - Sputnik. Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.
Deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.
"Qafqazinfo” Əsabil Qasımovla əlaqə saxlayıb. Millət vəkili faktı təsdiqləyib. O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.