Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

FAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının açılışı olub

© © ARKTN-nin mətbuat xidməti tərəfindən təqdim olunubFAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimi keçirilib
FAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının açılış mərasimi olub

BAKI, 22 yanvar — Sputnik. Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FAO Azərbaycan Tərəfdaşlıq Proqramı - FATP) açılış mərasimi olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, FATP açılışında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru, FAO-nun Azərbaycan Respublikasındakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri, layihə rəhbərləri, aqrar sahə üzrə mütəxəssislər iştirak ediblər.

© © ARKTN-nin mətbuat xidməti tərəfindən təqdim olunubFAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimi keçirilib
FAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının açılışı olub - Sputnik Azərbaycan
FAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimi keçirilib

Tədbirdə Azərbaycan ilə FAO arasında əməkdaşlığın son 20 il ərzində verdiyi töhfələrdən danışılıb. Qeyd olunub ki, 2015-ci ilin mayında FAO-nun baş direktorunun ölkəyə səfəri zamanı FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) əsasının qoyulması barədə razılıq sazişi imzalanıb və 2016-2020 illər üçün 10 milyon ABŞ dolları dəyərində əməkdaşlıq çərçivəsi təsis edilib. Azərbaycan Hökumətinin sazişi ratifikasiyasından sonra, 2016-cı ilin dekabrında FATP üçün Əməliyyat Çərçivəsi təsdiq olunduğu vurğulanıb.

FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının məqsədlərindən danışılıb. Bildirilib ki, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və FAO-nun strateji məqsədlərinə müvafiq olaraq, ev təsərrüfatlarının ərzaq təhlükəsizliyinə, kənd yerlərində sosial rifah səviyyəsinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına töhfə verməkdir. Proqramın əhatə dairəsində əsas hədəflər qeyd olunub.

Transsərhəd heyvan və bitki xəstəlikləri ilə mübarizə daxil olmaqla heyvan sağlamlığı və bitki mühafizəsi, kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə və kəndin inkişafına investisiya üçün əlverişli şəraitin yaradılması da hədəflər sırasındadır. Bundan başqa, kənd təsərrüfatı təhsili, tədqiqatı və informasiya və məsləhət xidmətləri daxil olmaqla bacarıqların inkişaf etdirilməsi də əsas hədəflərdəndir.

Proqram çərçivəsində icra olunacaq 3 layihənin müqavilələri artıq imzalanıb. Bunlar "Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi", "Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi", "Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması" layihələridir.

© © ARKTN-nin mətbuat xidməti tərəfindən təqdim olunubFAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimi keçirilib
FAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının açılışı olub - Sputnik Azərbaycan
FAO ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimi keçirilib

Qeyd edək ki, "Aqrar Məşğulluğun Artırılması", "Azərbaycanda Fındıq Sektorunun Səmərəliliyinin və Davamlılığının Təmin Edilməsi" və "Qadın Fermerlərin Məşğulluğunun Artırılması" layihələrinin icrası barədə müqavilələr artıq imzalanmaq üzrədir.

Xəbər lenti
0