CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol kənarındakı qanunsuz heyvan kəsimi məntəqələri söküldü

© © AQTA-nin mətbuat xidmətiAQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib
AQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib - Sputnik Azərbaycan
Abunə olmaq
Reyd zamanı 20-yə yaxın qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün gücləndirilmiş nəzarət tədbirlərini davam etdirir.

Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla bağlı olaraq yanvarın 22-də Agentlik tərəfindən paytaxtın Binəqədi rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunmuş reydlərdə Binəqədi Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

© © AQTA-nin mətbuat xidmətiAQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib
AQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib - Sputnik Azərbaycan
1/5
AQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib

2/5

3/5

© The Food Safety Agency of the Republic of AzerbaijanAQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib
AQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib - Sputnik Azərbaycan
4/5
AQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib
© © AQTA-nin mətbuat xidmətiAQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib
AQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib - Sputnik Azərbaycan
5/5
AQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib
1/5
AQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib
2/5
AQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib
3/5
AQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib
4/5
AQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib
5/5
AQTA qanunsuz heyvan kəsimi ilə bağlı monitorinq keçirdib

Reyd zamanı 20-yə yaxın qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb. Eyni zamanda, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Xəbər lenti
0