BAKI, 22 yanvar — Sputnik. Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.
Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Həmçinin, "Azəri-Çıraq-Günəşli", "Şəfəq", "Asiman", "Abşeron" və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.