BAKI, 22 yanvar — Sputnik. Dünyanın ən məşhur cütlüklərindən olan Viktoriya Bekhem və Devid Bekhem haqqında şayələr dolaşır. Belə ki, 19 ildir evli olan məşhurlar, nəhayət, bu dedi-qoduya açıqlama gətiriblər.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Viktoriya Bekhem açıqlamasında bu xəbərlərdən stress keçirdiyini deyib: "Bəzən bu xəbərlər məni əsəbləşdirir, bəzən isə fikir verməməyə çalışıram".
"İnsanlar mənim özəl həyatımı bilmək istəyirlər. Bu maraq mənim bəzən lehimə, bəzən isə əleyhimə işləyir. Çalışıram, motivasiyadan düşməyim" - deyə V.Bekhem vurğulayıb.