İndoneziyada yer yerindən oynadı

© REUTERS / Antara Foto Agencyİndoneziyada güclü zəlzələ
İndoneziyada güclü zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ nəticəsində ölən və yaralananlar haqqında məlumat yoxdur

BAKI, 22 yanvar — Sputnik. İndoneziyada güclü zəlzələ baş verib. Bu barədə Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir.

İndoneziya Metrologiya, İqlim və Geofizika Qurumundan verilən məlumata görə, zəlzələ Sumba Adasının Batı Samba bölgəsinin 103 kilometrliyində olub. Zəlzələ 10 kilometr dərinlikdə, 6.2 bal gücündə qeydə alınıb. Zəlzələdən sonra sunami təhlükəsi olmayıb.

Qeyd edək ki, zəlzələ nəticəsində ölən və yaralananlar haqqında məlumat yoxdur.

Xəbər lenti
0