BAKI, 22 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “LUKoil” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr və onların icrası ilə bağlı məsələlərdən, əməkdaşlığın perspektivlərindən danışılıb.