BAKI, 22 yanvar — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirləri davam etdirir. DBX-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Samux Rayon Baytarlıq İdarəsində profilaktik tədbirlər davam edir.
Hazırda rayonun baytarlıq mütəxəssisləri iribuynuzlu heyvanlardan qan alaraq bruselyoza görə müayinənin aparılmasını təmin edir və qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirini aparırlar. Bununla bərabər, sahibli itlərdə quduzluq xəstəliyinə qarşı vaksinasiya işləri həyata keçirirlər.
DBX-nin məlumatına görə, cari ildə 6 sahə baytarlıq məntəqəsi vasitəsilə 36 kənd və qəsəbədə 23515 baş iribuynuzlu, 147177 baş xırdabuynuzlu və 2700 baş təkdırnaqlı heyvanda diaqnostik və seroloji müayinələrin aparılması nəzərdə tutulur.
Eyni zamanda, 150 min başa qədər ev quşları və 3000 baş sahibli itlərdə peyvəndləmə, diaqnostik və seroloji müayinələrin aparılması planlaşdırılır.