BAKI, 22 yanvar — Sputnik. Türkiyənin Sivas ərazisində havalar çox soyuq keçir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivasın İmralı ilçəsində havanın temperaturu -28 dərəcəyə kimi enib. Soyuğa dözümlü olan heyvanlardan olan canavarlar belə bu soyuq havaya dözə bilməyiblər. Belə ki, İmralı ilçəsində şaxtalı havaya dözə bilməyən canavar donub.
Kərəm Hasdağ Sivas-Ərzincan yolunda donmuş canavarın donmuş leşini tapıb.
Hasdağ deyib ki, son illərin ən soyuq qışını yaşayırlar: “Donan bu canavarı da İmralıdan kəndə gələn zaman gördük. Leşi incələyəndə aydın oldu ki, canavar soyuqdan donaraq ölüb”.