Artıq alman kəşfiyyatının ikinci şəxsi türkdür

Abunə olmaq
BfV rəhbərinin müavini postuna türk əsilli şəxs təyin olunub

BAKI, 22 yanvar — Sputnik. Almaniya daxili kəşfiyyatına cavabdeh olan Almaniya Konstitusiyasının Qorunması üzrə Federal Xidmətinin (BfV) rəhbərinin müavini postuna türk əsilli Sinan Selen təyin olunub. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir. 

Сотрудники Службы государственной безопасности Азербайджана, фото из архива  - Sputnik Azərbaycan
Azərbaycana qarşı dərin kəşfiyyat-casusluq işi ifşa edilib

BfV-nin rəsmi internet səhifəsində direktor Thomas Haldenvegin müavini olacaq Sinan Selenin bioqrafiyası yerləşdirilərək, onun rəsmən səlahiyyətlərini icra etməyə başladığı bildirilib. Bununla da o, Almaniyada daxili kəşfiyyatın iki nömrəli postuna təyin olunan ilk qeyri-alman olub.

Selen 2000-2006-cı illərdə Federal Cinayət İdarəsində müxtəlif vəzifələr tutub. 2006-cı ildə Daxili İşlər Nazirliyinə keçərək terrorla mübarizə idarəsində xarici terrorizm bölməsində işləyib.

2009-2012-ci illərdə Polis İdarəsinin cinayətlə mübarizə bölməsində rəhbər müavini işləyən Selen 2016-cı ildə özəl sektora keçərək turizm operatoru olan TUİ-nin bütün dünyada təhlükəsizlik sistemini qurub.

Daha sonra kəşfiyyat qurumuna keçən Selen rəhbər müavini postuna layiq görülüb.

Qeyd edək ki, daha əvvəl BfV rəhbəri olan Qeorq Maassen avqust ayında Xemnitz şəhərində qaçqınlarla bağlı yaşanan hadisələrə yönəlik açıqlamalarına görə tutduğu vəzifədən iazad edilmişdi.

Xəbər lenti
0