BAKI, 21 yanvar — Sputnik. İsrail bazar ertəsinə keçən gecə Suriyanın paytaxtı Dəməşqə yerdən və havadan idarə olunan raketlərlə kütləvi zərbələr endirib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Suriyanın raket hücumundan müdafiə sistemləri raketlərin böyük hissəsini havada vurub.
İsrail ordusu öz növbəsində İranın Suriyadakı "Əl-Qüds" bölməsinə hücum etdiklərini bəyan edib. Avirzərbələrin 02:11-02:56 radələrində Suriyanın qərb, cənub-qərb və cənub ərazisindən endirdiyi bildirilir.
Aviazərbələr nəticəsində 4 Suriya hərbçisi həlak olub, 6-sı yaralanıb.