BAKI, 21 yanvar — Sputnik. Suriyada ABŞ və PKK/PYD-YPG terror təşkilatının hərbi konvoyuna hücum edilib. Bu barədə Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir.
Hücum nəticəsində 5 nəfər ölüb.
Hadisə Suriyanın əl-Hasake şəhərində baş verib. İnsident zamanı yaralıların da olduğu bildirilir.
Məlumata əsasən, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hərbi patruluna terrorçu PKK/YPG-PYD terror təşkilatının məntəqəsindən keçidi zamanı minalanmış avtomobillə hücum olub.