Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Davosdan verilən mesajlar düzgün analiz edilməlidir”

© © Fuad İbrahimovun şəxsi arxivindənİqtisadçı-ekspert Fuad İbrahimov
İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, iqtisadi problemlər yaşayan ölkələr tənəzzüldən çıxış yollarını müəyyələşdirə bilərlər
Fuad İbrahimov: “İqtisadi canlanma bəzi ölkələrin tənəzzülünü sürətləndirir”

İsveçrədə Davos Ümumdünya İqtisadi Forumu işinə başlayıb. Sammitdə 110 ölkədən 3 mindən çox nümayəndə iştirak edəcək.

İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, son dövrlər dünya iqtisadiyyatında canlanma müşahidə olunur:

“Bu canlanma bir çox ölkələri iqtisadi cəhətdən daha da gücləndirsə də, bəzi ölkələrin iqtisadiyyatında tənəzzül prosesini sürətləndirir. Belə forumlardakı mesajlar iqtisadi prioritetlərin müəyyənləşdirilməsinə təsirini göstərir. Forumda veriləcək mesajlar doğru analiz edilsə, iqtisadi problemlər yaşayan ölkələr tənəzzüldən çıxış yollarını müəyyələşdirə bilərlər. Bu baxımdan düşünürəm ki, foruma diqqət böyük olacaq və əvvəlkilərlə müqayisədə daha çox əhəmiyyət daşıyacaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0