CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəfələrlə məhkum olunan şəxs yenidən saxlanılıb

© Sputnik / Rahim MuradovAstara Rayon Polis şöbəsi
Astara Rayon Polis şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Dəfələrlə məhkum olunmuş Şahağacı kənd sakini Fikrət Cabbarov saxlanılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə etdikləri məlumat əsasında rayonun Şahağacı kəndi ərazisində əməliyyat axtarış tədbirləri keçirilib. DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata əsasən, keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Şahağacı kənd sakini Fikrət Cabbarov saxlanılıb.

© Sputnik / Rahim MuradovAstara rayonu Şahağacı kənd sakini Fikrət Cabbarov
Dəfələrlə məhkum olunan şəxs yenidən saxlanılıb - Sputnik Azərbaycan
Astara rayonu Şahağacı kənd sakini Fikrət Cabbarov

F.Cabbarov saxlanılan zamanı üzərinə baxış keçirilərkən əynindəki şalvarın cibindən 1 bükümdə təmiz çəkisi 16,066 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan Fikrət Cabbarovun yaşadığı Astara rayonu Şahağacı kəndi ərazisindəki fərdi yaşayış evində 3 ədəd bağlamada ümumi təmiz çəkisi 5 kiloqram 655 qram narkotik vasitə olan tiryək və 1 bükümdə təmiz çəkisi 10,210 qram olan psixotrop maddə hesab edilən Metamfetamin aşkar edilərək götürülüb.

© Sputnik / Rahim MuradovƏlə keçirilən narkotik vasitə
Dəfələrlə məhkum olunan şəxs yenidən saxlanılıb - Sputnik Azərbaycan
Ələ keçirilən narkotik vasitə

İstintaq zamanı müəyyən edilib ki, o həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Şəhriyar adlı şəxsdən əldə edib.

Faktla bağlı Astara RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq istintaq davam etdirilir.

Xəbər lenti
0