BAKI, 20 yanvar — Sputnik. Pensilvaniya universitetinin alimləri maraqlı araşdırma aparıb.
Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, alimlərin araşdırması nəticəsində məlum olub ki, onkologiya xəstələri sağlam insanlara nisbətən 4 dəfə daha çox intihara meyilli olurlar.
Alimlər 1973-2014-cü illərdə 8.5 milyon xərçəngə tutulmuş insan arasında müşahidə aparıb və məlum olub ki, 13 min xərçəng xəstəsi intihar edib. Bu da ümumi xəstələr arasında 0.15 faizdir və sağlam insanlara baxanda 4 dəfə çoxdur.
Ən çox ağ ciyər, baş, boyun nahiyələrində xərçəng xəstəliyindən əziyyət çəkən xəstələr intihara meyilli olur.
Alimlərin fikrincə, xərçəngin müalicəsi ildən-ilə daha uğurlu olmasına baxmayaraq, xəstələrin zehni sağlamlığına kifayət qədər diqqət yetirilmir.