BAKI, 20 yanvar — Sputnik. Türkiyəli həkimlər bir sıra ağartı məhsullarının ət və ətdən hazırlanan qidalar ilə yeyilməsinin ziyanından söz açıb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həkimlər bildiriblər ki, yoqurt, süd və ayranın ət və ət məhsulları ilə birgə yeyilməsi təhlükəlidir. Süd və pendirin də bu cür məhsullarla birgə yeyilməsinin zərərli olduğu qeyd olunub. Həkimlər bildirib ki, kalsium ilə zəngin olan bu qidalar ət və ət məhsullarından əldə olunan dəmirin bədənə qəbulunu əngəlləyir.
"Dəmirlə zəngin dərmanlar qəbul edirsinizsə, bu zaman ən azı 2 saat sonra ət və ət məhsulu yeyə bilərsiniz. Bununla yanaşı, mayelərin qəbuluna da fikir verilməlidir. Çünki dəmirlə zəngin dərmanlar qəbul edərkən 2 saat ərzində çay, qəhvə və qırmızı şərab içmək ziyanlıdır".