Aralıq dənizində bir gecədə 170 nəfər batıb

CC0 / 12019 / корабльGəmi, arxiv şəkli
Gəmi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gəmilərdən birində 54, o birində 117 nəfər olub

BAKI, 20 yanvar — Sputnik. Aralıq dənizində içində 170-dən çox miqrantın olduğu iki gəmi batıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, 53 nəfər Alboran dənizində batıb. Bir nəfəri balıqçı gəmisi xilas edib. Mərakeş və ispaniyalı xilasedicilər gəmidəki miqrantların axtarışını davam etdirirlər.

Öz növbəsində İtaliya Hərbi Dəniz Qüvvələri xəbər verir ki, Aralıq dənizində daha bir gəmi batıb. Gəmidə 117 nəfər olub. Gəmidə olanlardan ancaq 3 nəfər xilas edilib.

Xəbər lenti
0